reklam
Regionxeberlericom.az » Hadisə » Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub - VİDEO

reklam

Şəmkirdə yol qəzasında ölənlərin kimliyi məlum olub - VİDEO


Şəmkirdən 5 nəfərin ölümü ilə nəticələnən qəzada avtomobillərdən birinin - "Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Tural saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, sürücünün ifadəsi alınıb.

***

1 dekabr, saat 22:30

Şəmkirdə yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Şəmkir rayon sakinləri - 2018-ci il təvəllüdlü Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci il təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-cü il təvəllüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

"Mitsubishi Pajero"nun sürücüsü Abdıyev Turalın “VAZ-21011” markalı avtomobildə həlak olanlarla qohum olduğu bildirilir. Hadisə ailənin “VAZ-21011”lə toy məclisindən qayıdarkən baş verib.

“VAZ-21011” markalı avtomobildə ölən 5 nəfərdən başqa bir nəfər - Əliyev Rəşad Rasim oğlu ağır xəsarət alıb. Şəmkir Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı əməliyyat olunub.

****

21:38

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.




Paylaş:


Müəllif : Tarix:
2-12-2019, 09:09
Sikayət   


loading...
Загрузка...