Nisə Qasımova 70 yaşında!

Bu gün Xalq artisti Nisə Qasımovanın ad günüdür.
Sənətkar 70 illik yubileyini qeyd edir.
N. Qasımova 1954-cü ildə Bakıda anadan olub. 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” uşaq xorunun heyətinə qəbul edilib, 9 yaşında olarkən xorun gənc solisti olub. İfaçı 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki “Lalə qızlar ansamblı”na solist kimi dəvət edilib. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edib. Ə. Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. 1972-1973 illərdə biri birinin ardınca “Ay ellər”, “Sənsən Həyatım”, “Eşqimi sönməyə qoymaram”, “Gözləyəcəyəm”, “Qəşəngdir” kimi mahnıları xalq tərəfindən sevilir və gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir.

1979-cu ildə yeni plastinkası satışa çıxan muğəninin bu dəfə də mahnıları dillər əzbəri olur və Azərbaycanın ən böyük konsert salonlarında böyük anşlaqla konsertleri baş tutub. 1980-ci ildə isə Sovetlər Birliyinin “S pesnyami po jizni” beynəlxalq müsabiqəsində iştirak edən müğənni birinciliyi Azərbaycana qazandırıb. Bakıya dönüşündə bu möhtəşəm uğura görə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını alıb.
1989-cu ildə isə müğənni “Əməkdar artist” fəxri adına layiq görülüb. “Yalandı dünya” albomunun möhtəşəm uğurunun ardınca “Yalvarıram”, “Qayıtdım”, “Məni satdın nəfsinə” hitlərinin dillər əzbəri olması ilə müğənni daha aktiv fəaliyyətə başlayıb.
Müxtəlif televiziya proqramlarının aparıcısı olub.
2008-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. 2019-cu ildə Heydər Əliyev Sarayında “İmza:MƏN” adlı solo konserti baş tutub.
Bu gün də Azərbaycanın əfsanəvi səsi Nisə Qasımova həm sənət, həm də ictimai fəaliyyətini davam etdirməkdədir.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-02-2024, 10:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II