reklam
Regionxeberlericom.az » Gündəm » Eldar Əzizovdan uşaq bağçaları ilə bağlı tapşırıq – Yoxlamalar başlanılır

reklam

Eldar Əzizovdan uşaq bağçaları ilə bağlı tapşırıq – Yoxlamalar başlanılır


Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində də qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətinin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanmış, müvafiq komissiya yaradılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, sərancama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək. Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.


Paylaş:


Müəllif : Tarix:
10-09-2019, 10:21
Sikayət   


loading...
Загрузка...