reklam
Regionxeberlericom.az » Gündəm » "Anar Bağırov sorğulara cavab vermir, sifarişli yazı yazdırır" - Hüquq müdafiə təşkilatından ETİRAZ

reklam

"Anar Bağırov sorğulara cavab vermir, sifarişli yazı yazdırır" - Hüquq müdafiə təşkilatından ETİRAZ














Dünən mediada Vəkillər Kolegiyası ilə bağlı yazı dərc olunub.

Həmin yazıda Kollegiyanə tənqid edənlər, hesabat və şəffaflıq istəyənlər qınanılır, onların ünvanına müxtəlif ittihamlar səsləndirilib.

Yazıda həmçinin Kollegiyanın sədri Anar Bağırov, onun fəaliyyəti təqdir olunur, gördüyü işlərdən söhbət açılır. Eyni zamanda müxtəlif şəxslərin və təşkilatlar tənqid olunur.

Tənqid olunan təşkilatlardan biri - "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" sözügedən yazı ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətinin yaydığı açıqlamada həmin yazı əsassız və sifarişli yazı adlandırıb.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" hesab edir ki, Kollegiyanın sədri Anar Bağırov bununla da diqqəti yayındırmağa çalışır: "Anar Bağırov "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı tərəfindən ona ünvanlanmış müraciət və sorğulara cavab vermək əvəzinə, Mərkəzə qarşı sifarişli və dəyəri 2 qəpiyə dəyməyən yazılar yazdırır. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı Vəkillər Kollegiyasının sədri Anar Bağırova 1 müraciət, 4 sorğu göndərib. Müxtəlif vaxtlarda göndərilmiş müraciət və sorğular bunlardır:

"Müraciət:

Məlum olduğu kimi sentyabr 2023-cü il tarixində Vəkillər Kollegiyasına üzvlərin qəbul edilməsi ilə əlaqadar 2-ci Müsabiqə mərhələsi keçiriləcək.

Sizdən Vəkillər Kollegiyasına namizədlərin Kollegiyaya üzvlüyünə qəbulla əlaqədar keçiriləcək 2-ci müsabiqə mərhələsində "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" İctimai Birliyinin müşahidəçi statusunda iştirakına razılıq verməyinizi xahiş edirik.

Tarix: 30 avqust 2023".

"Sorğular:

1-ci sorğu: Son 5 ildə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri-vəkillər tərəfindən bağlanmış müqavilələrin illər üzrə sayı;

2-ci sorğu; Son 5 ildə dövlət vəsaiti hesabına vəkillik xidməti göstərilmiş işlərin sayı və onların saat hesabı göstəriciləri barədə məlumat verməyinizi Sizdən xahiş edirik. (Tarix: 4 sentyabr 2023)

3-cü sorğu; Vəkillik fəaliyyətini dayandırmış vəkillərin sayı və fəaliyyətlərinin dayandırma səbəbləri;

(Tarix: 25 oktyabr 2023)

4-cü soru; Vəkil orderi üçün tələb edilən 20 manat marka pulunun hansı normativ Akt əsasında tələb etməyiniz barədə sorğumuza cavab verməyinizi Sizdən xahiş edirik. (Tarix; 25 oktyabr 2023)".

Təşkilat hesab edir ki, Anar Bağırov bu müraciət və sorğulara cavab vermək əvəzinə, sifarişli yazılar yazdırmaq, özünü təmizə çıxarmağa çalışır.

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin iddiaları ilə bağlı Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

Bir müddət öncə də İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasının sədri Anar Bağırova Kollegiyaya ayrılmış 5 000000 (beş milyon) manat vəsaitin hara xərcləməsi və hesabat verməsi ilə bağlı sorğu göndərib.

Kollegiya və Anar Bağırov təşkilatın 08-08-2023 tarixdə ünvanladığı şifahi sorğuya münasibət bildirməyib.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi isə hesab edir ki, Vəkillər Kollegiyası 5 milyon manatın hara və xərclənməsinə aydınlıq gətirməlidir.

Mərkəzin sədri Fikrət Cəfərli "Arqument.az"a deyib ki, Anar Bağırov 5 milyon vəsaitlə bağlı açıqlama verməkdən yayınır: "Bu pul dövlət hesabına tutulan vəkillərə görə ayrılan pullardır. Bu pulun hara xərclənməsi aydın deyil. Bizə bu barədə xeyli informasiya daxil olub. Şikayət edən şəxs isə Kolegiyaya üzv olmaq üçün müraciət edən hüquqşünaslardan biridir. Anar Bağırovun borcudur ki, bu məsələlərə, suallara aydınlıq gətirməlidir".

Bundan sonra İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi Vəkillər Kollegiyasını məhkəməyə verib.

Bu barədə "Arqument.az"a mərkəzin rəhbəri Fikrət Cəfərli məlumat verib.

O bildirib ki, mərkəz Vəkillər Kollegiyası nı İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi insan hüquqları təşkilatının sorğularına cavab vermədiyi üçün məhkəməyə verib.

İşə dekabrın 18-də Bakı İnzibati Məhkəməsində hakim Orxan Həsənovun sədrliyi ilə baxılacaq.

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi hesab edir ki, Vəkillər Kolegiyası qanunvericiliyin tələblərini, xüsusən də, "İnformasiya əldə etmək haqqında" Qanunu kobud şəkildə pozub. //"Arqument.az"//





Paylaş:


Müəllif : Tarix:
1-11-2023, 09:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər