2023-ün yazında Qarabğda əməliyyat - “Azərbaycanın başqa çıxış yolu qalmır”
“Əgər siyasi dialoq və müzakirələr bir nəticə verməyəcəksə, bunu Ermənistanın əngəlləndiyi göz qabağındadır, onda Azərbaycanın başqa çıxış yolu qalmır və Azərbaycan öz ərazisində suverenliyini bərpa etmək üçün hərbi əməliyyatlara əl ata bilər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
O, 2023-cü ilin mart-aprel aylarında Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərində keçirə biləcəyi antiterror əməliyyatlarından söz açıb.
Q. Hüseynlinin qənaətinə görə, əgər bu il ermənilər destruktiv mövqe göstərsələr, hansısa əməliyyatın baş tutacağı istisna edilmir:
“Ona görə də məqam və vaxtın seçilməsi, əlbəttə, hərbi əməliyyatlarda uğuru müəyyən edən əsas cəhətlərdir. Həm beynəlxalq iqlimi, həm də bölgədə münasibətləri proqnozlaşdırmaq lazım gələcək. Zənnimcə, yekunda ən optimal variant seçiləcək. Bu da çox güman ki, mart-apel aylarına təsadüf edəcək”.
Müsahibimizin fikrincə, uzunmüddətli və genişmiqyaslı əməliyyatlara ehtiyac yoxdur:
“Azərbaycana qısamüddətli hərbi əməliyyat, suverenliyimizin tam bərpa edilməsi, Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi və separatçıların tam nəzarətə götürülməsi üçün əməliyyat kifayət edəcək”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-01-2023, 15:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB