reklam
Regionxeberlericom.az » Gündəm » Həbsdə olan keçmiş nazir XƏSTƏ DEYİL... İSTİRAHƏT EDİR... - "Onu xəstəxanaya gətiriblər ki, buradan da azad etsinlər"

reklam

Həbsdə olan keçmiş nazir XƏSTƏ DEYİL... İSTİRAHƏT EDİR... - "Onu xəstəxanaya gətiriblər ki, buradan da azad etsinlər"


Hazırda həbsdə olan Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədovun Naxçıvan Diaqnostika Mərkəzində müalicəsi davam edir. Regionxeberlericom.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a mərkəzdəki mənbələr məlumat verib. Həkimlərin məlumatına görə, əslində o, müalicə yox, istirahət üçün xəstəxanaya çıxarılıb:

" Əhməd Əhmədov hazırda 4-cü mərtəbədə yatır. O gəlməmişdən öncə, dedilər ki, DTX-nın tapşrığıdır, bütöv mərtəbə boşaldılmalıdır. Bütün mərtəbə 10 gündən çoxdur ki, onun ixtiyarındadır. İstədiyi adamı qəbul edir. Heç, mühafizəçi də ayrılmayıb. Onun ciddi bir xəstəliyi olmadığından, müalicəyə də ehtiyacı yoxdur. 4-cü mərtəbəyə onun icazəsi olmadan heç kim qalxa bilməz. Heç, həkimlər də. Onu xəstəxanaya gətiriblər ki, buradan da azad etsinlər. Xəstəxanada yatması, vəziyyətinin ağır olması ilə bağlı şayiələr onun azadlığa çıxması üçün bir bəhanədir".

Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, bir müddət sonra isə həbs edilib.

Naxçıvan MR Hərbi Məhkəməsinin hökmü ilə o, xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. Əslində isə, onun Ali Məclisin keçmiş sədri Vasif Talıbova xəyanət etdiyinə görə cəzalandırıldığı bildirilirdi. Keçmiş nazir bu günlərdə həbs qərarından kassasiya şikayəti verib. O, şikayət ərizəsində barəsində həbslə bağlı olmayan qərar qəbul olunmasını istəyib.

Əhməd Əhmədovun adı çoxlu işgəncə faktlarında hallanır. Onun Naxçıvan sakinlərinə şəxsən işgəncələr verdiyi bildirilir. Keçmiş nazirin 2010-cu ildə Bənəniyar hadisələri zamanı törətdiyi xüsusi qəddarlıqlar beynəlxalq təşkilatların hesabatlarında da yer alır.




Paylaş:


Müəllif : Tarix:
27-12-2022, 09:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər