Paytaxtın aparıcı daşıyıcı şirkəti borc içində “batır” - DETALLAR
“SOCAR Petroleum” QSC paytaxt Bakıda fəaliyyət göstərən aparıcı daşıyıcı şirkətlərdən olan “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb.
Regioxeberlericom.az Yeniavaz.com-a istinadla xəbər verir ki, “SOCAR Petroleum” QSC-nin “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia bu gün – 21.11.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın icraaatına verilib.
Məhkəmə iddiasının alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlı olduğu bildirilir.
Məlumat üçün bildirək ki, “SOCAR Petroleum” QSC Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) bağlıdır və ölkədə neft və neft məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olur. Nizamnamə kapitalı 83,7 milyon manat olan “SOCAR Petroleum” QSC 2008-ci ildə təsis edilib.
Onu da bildirək ki, 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin hazırda dövlət büdcəsinə də 398 min 811 manat 84 qəpik vergi borcu da var.
Bundan başqa daha əvvəl Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC ("Nar mobile"), “Grand Motors” MMC və Əmlak Məsələləri Dövlət Xidməti də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıblar.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-11-2022, 13:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB