"Nar mobile" "Xaliq Faiqoğlu"nu məhkəməyə verdi
Azərbaycanda aparıcı mobil rabitə operatorlarından biri olan “Azerfon” MMC-nin ("Nar mobile") “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı məhkəmə iddiası yenidən icraata götürülüb.
“Azerfon”un “Xaliq Faiqoğlu” MMC-yə qarşı qaldırdığı iddia ilə bağlı bu il 3 dəfə məhkəmə iclası baş tutub. Sonuncu – 02.06.2022-ci il tarixli iclasda ərizəyə baxış keçirilib və iş üzrə icraatın dayandırıldığı qeyd olunub. “Azerfon”un iddiası üzrə yeni məhkəmə iclası 21.09.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsində Kənan Hüseynovun sədrliyilə keçiriləcək.
Məhkəmə iddiasının müqavilələrdən əmələ gələn öhdəliklərlə bağlı olduğu bildirilir.
Onu da bildirək ki, bu ilin aprel ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də “Xaliq Faiqoğlu” MMC-yə qarşı məhkəmə iddiası qaldırıb. Hazırda 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərinə sahib olan “Xaliq Faiqoğlu” MMC-nin dövlət büdcəsinə 248 min 421 manat 7 qəpik vergi borcu var.
“Xaliq Faiqoğlu” MMC-yə qarşı daha bir məhkəmə iddiasını ötən il Azərbaycanda avtobus və yük avtomobillərinin satışını həyata keçirən “Grand Motors” MMC qaldırıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-08-2022, 15:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib