reklam
Regionxeberlericom.az » Gündəm » Naxçıvanda məmurların həbs olunduğu deyilir - İDDİA

reklam

Naxçıvanda məmurların həbs olunduğu deyilir - İDDİA


















Naxçıvandan aldığımız məlumatlara görə, Muxtar Respublikanın Daxili İşlər Nazirliyi neçə gündür daş atılmış qurbağa gölünə dönüb.

Mənbəmizin bildirdiyinə görə, Nazirliyə ölüm sükutu çöküb. MR DİN-in qapısından içəriyə girən hər kəs, hətta yad adamlar belə, bu qorxunc səssizliyi dərhal hiss edə və binanın hüznə qapıldığı anlaya bilər.

Naxçıvan MR DİN-dəki bu hüzn dolu sükut səbəbsiz deyil. Polislərin arasında gəzən pıçıltılı şayiələrə inansaq, MR Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli saxlanılıb, «Cahan» Holdinqin rəhbəri Vüqar Abbasovun da göz altına alınması istiqamətində hazırlıq işləri gedir. Vüqar Abbasovu həbsdən qoruyan hələlik onun deputat mandatıdır. Toxunulmazlıq zirehi ortadan qaldırılan kimi, onun da saxlanılması mümkündür. Bu isə Naxçıvanda Vasif «xan» erasının bitməsinin ilk siqnalı sayıla bilər.

«Xan» əyan-əşrəfini yasa qərq edən təkcə bu məlumat deyil. Pıçıltılı iddialara görə, yaxın günlərdə Naxçıvanda struktur islahatları da aparılacaq. Gözlənilən islahatlar nəticəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun statusu xeyli aşağı salınacaq və o, Naxçıvan korpusu adlanacaq.

Bənzər struktur dəyişikliyinin MR DİN-də və Təhsil Nazirliyində də aparılacağı gözlənilir. Struktur islahatları nəticəsində MR DİN Naxçıvan Baş Polis İdarəsinə, Təhsil Nazirliyi isə Baş Təhsil İdarəsinə çevriləcək. Polis orqanlarında da ciddi ixtisarlar aparıla bilər. Görünür, MR DİN-in üzərinə çökən səssiz matən havası bu «qara şayiə» ilə əlaqədardır. İlk başda bu 3 strukturda aparılan dəyişikliklərin daha sonra digər Nazirlik və Komitələrə də sıçrayacağı da gəzən dedi-qodular arasındadır.

Bundan əlavə, bütün struktur vahidlərində attestasiya imtahanlarının keçiriləcəyi gözlənilir. Təbii ki, attestasiya imtahanlarından keçə bilməyən kadrlar işdən uzaqlaşdırılıb, onların yerinə savadlı kadrar təyin olunacaq.

Polislər bu həngamənin ortaya çıxmasında bizim «Qara pişik» kod adlı qaynağımızı günahlandırırlar. Onların fikrincə, «Qara pişik» dilini qarnına qoyub, «satqınçılıq» etməsəydi, Naxçıvan həqiqətənləri ortaya çıxmaz, Azərbaycan hakimiyyəti də bu cür struktur islahatlarını ağlına gətirməzdi. Özəlliklə də Azərbaycan Polis Akademiyasının məzunlarının sıxışdırılmasının, onların yerinə Naxçıvanın 54 ballıq «peşə-texniki» Polis Məktəbini bitirənlərin təyin edilməsinin açıqlanması guya rəsmi Bakının bərk qəzəbinə səbəb olub. Dolaşan şayiələrə inansaq, paytaxtı ən çox qəzəbləndirən isə, Azərbaycan Polis Akademiyasının məzunlarına Naxçıvanda casus kimi baxılması imiş. Hətta nazir Rəşad İsmayılova bir müddət əvvəl general-mayor rütbəsinin verilməməsi də Naxçıvanda baş alıb gedən qanunsuzluqlar və bunun nəticəsində struktur dəyişikliyinə qərar verilməsi ilə izah olunur. //ovqat.com//




Paylaş:


Müəllif : Tarix:
18-10-2022, 09:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər