Qazi: "Bu medallarla borclulardan qaçıb gizlənirəm" - Video
Sentyabrın 26-da 2-ci Qarabağ müharibəsinin döyüşçüsü, Babək Mürsəlov Milli Məclisin önündə etiraz edib. Buna səbəb onun 2 ildir ki, əlillik təqaüdünü ala bilməməsidir.
RegionXəbərləricom.az Toplum TV-yə istinadla xəbər verir ki, Babək Mürsəlov buna etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.
II Qarabağ müharibəsi veteranı Babək Mürsəlov yaralanıb iş qabiliyyətini itirdiyinə və əlillik təqaüdünü ala bilmədiyinə görə Milli Məclisin önündə etiraz etmək qərarına gəldiyini deyib:
"Bu medallarla borclu olduğum adamların qabağından qaçıb gizlənirəm".
Polislər Babək Mürsəlovu Milli Məclisin qəbul şöbəsinə aparıblar, orada deputat Vahid Əhmədovla telefon danışığı olub. Deputat qaziyə ƏƏSMN-ə bu məsələ ilə bağlı müraciət etdiyini deyib.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, qazi əyani müayinə edilib, diaqnozun nəticəsinə uyğun olaraq müvafiq qərar veriləcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-09-2022, 13:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB