Əli Həsənovun polkovnik qardaşı oğlu işdən çıxarıldı - KİV

Dövlət Gömrük Komitəsində (DGK) daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Bu barədə Bakupost məlumat yayıb.
Məlumatda bildirilir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində əməliyyat idarəsinin rəis müavini polkovnik Anar Həsənov işdən çıxarılıb.
Onun son dövrlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.
A. Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.
Polkovnikin çalışdığı idarənin inzibati binası da (Yasamal rayonu, 525 məhəllə, Mətbuat prospekti 23) Əli Həsənova məxsusdur.
Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. Ə. Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-09-2022, 14:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?