Bakıdakı 25 milyonluq bağ evi ilə bağlı qərardad çıxarıldı
Bakı Apellyasiya Məhkəməsi sabiq deputat Qalib Salahzadənin hazırda Amerikada yaşayan eks-spiker Rəsul Quliyevə qarşı iddiası üzrə qərardad qəbul edib.
Hakim İlqar Kərimlinin çıxardığı qərardada əsasən, ekspertiza Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun istifadəsində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsinin, eləcə də, yaxınlıqda yerləşən Rəsul Quliyevin özünün adına olan torpaq sahəsinin dəqiq ünvanları və həqiqi mülkiyyətçilərini müəyyən etməlidir.
Bildirilir ki, Bilgəh qəsəbəsi, Zağulba şosesi 2, 3 və 9 ünvanlarında yerləşən 72 sot torpaq sahəsində Qalib Salahzadənin və onun yaxınlarının adına 8 mülkiyyət var.
İddiada bildirilir ki, Qalib Salahzadənin əlində həmin əraziyə aid 1994-cü ilin çıxarışı var. 2002-ci ildən isə qeydiyyat vəsiqələri olub. Həmçinin Rəsul Quliyevgilin adına olan torpaq sahəsi başqa bir ərazidədir. Onların çıxarışında ev göstərilmir, iddia etdikləri ünvanın Rusiya səfirliyinin Bilgəhdəki ərazisinə düşdüyü qeyd edilir.
Q.Salahzadə mətbuata açıqlamasında qeyd edib ki, R.Quliyev maklerlər vasitəsilə hazırda Ağasif Şakiroğlunun istifadəsində olan bağ evini satışa çıxarıb. Bağ evinin təxminən 25 milyon dollar qiyməti var.
Əgər ekspertiza R.Quliyevin adına olan torpaq sahəsinin fərqli ünvanda yerləşdiyi barədə qərar qəbul etsə, A.Şakiroğlu Zağulba şosesi 2, 3 və 9 ünvanlarındakı bağ evlərindən çıxarılacaq.
Hazırda A.Şakiroğlinin yaşadığı mübahisəli bağ evini mühafizə polislərinin qoruduğu bildirilir.(Qafqazinfo)
Paylaş:
Müəllif : Fuad
Tarix:6-09-2022, 15:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video