reklam
Regionxeberlericom.az » Gündəm » Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi - Maraqlı tərcümeyi-halı var...

reklam

Bakı Baş Gömrük İdarəsi ona həvalə edildi - Maraqlı tərcümeyi-halı var...

















Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Komitə sədrinin I müavini İsmayıl Hüseynova həvalə edilib.
RegionXəbərləri.com Report-a istinadla xəbər verir ki, bu barədə DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.
Dövlət Komitəsindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli işdən çıxarılıb.

Qeyd edək ki, 1974-cü ildə Naxçıvanda anadan olan Hüseynov İsmayıl Xəlil oğlu 2018-ci ildən Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini vəzifəsini icra edir. 2020-ci ildən gömrük xidməti general-leytenantı rütbəsi daşıyır.
Komitənin rəsmi saytında yer alan tərcümeyi-halında göstərilir ki, İsmayıl Hüseynov 1995-ci ildən, yəni 21 yaşından gömrük orqanlarında xidmətə başlayıb.
Daha sonra qeyd olunur ki, o 1991-ci ildə Naxçıvan Dövlət Universitetinin istehsalın iqtisadiyyatı və idarə edilməsi fakültəsinə daxil olub və  1996-cı ildə həmin Universiteti bitirərək magistr dərəcəsi alıb.
Maraqlıdır ki, 1996-cı ildə Azərbaycanda ali təhsil müəssisələri məzunlarına magistr elmi dərəcəsi verməyib.
Azərbaycanda 1993-cü ildə ölkədə ikipilləli ali təhsilin (bakalavriat və magistratura) tətbiqinə başlanılıb. 1997-ci ildə ali təhsilin bakalavriat pilləsində ilk buraxılış olduqdan sonra Nazirlər Kabinetinin razılığı əsasında Təhsil Nazirliyinin əmri ilə ölkənin 23 dövlət, 9 özəl ali məktəbində ali təhsilin ikinci - magistratura pilləsinə keçilməsinə icazə verilib. 2005-ci ilə kimi magistraturaya qəbul ali məktəblər tərəfindən aparılıb. 2005-ci ildən etibarən magistraturaya tələbə qəbulu DİM (keçmiş TQDK) tərəfindən həyata keçirilir.




Paylaş:


Müəllif : Tarix:
1-09-2022, 12:50
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər