Yüzminlik tenderləri udan “hərşeyşünas” şirkətə Nazirlik “stop” qoydu
Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) nəticəsi ləğv olunub.
Tender müsabiqəsinin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məktubuna əsasən etibarsız hesab olunub.
Məlumat üçün bildirək ki, Şəki rayon Psixiatriya Xəstəxanasının dəftərxana və təsərrüfat mallarının alınması məqsədilə keçirdiyi 39 min 182 manat dəyərində kotirovka sorğusunun qalibi “Tural-FB” MMC (VÖEN- 1307245221) olub.
Onu da bildirək ki, “Tural-FB” MMC 06.05.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Şəki rayonunun Kiş kəndində yerləşir. Qanuni təmsilçisi Bəşirli Orxan Qorxmaz oğludur.
“Tural-FB” MMC ötən ay Şəki rayon Psixiatriya Xəstəxanası tərəfindən keçirilən 25 min manatlıq daha bir tender müsabiqəsinin qalibi olub. Xəstəxanaya dəftərxana malları satmaq istəyən şirkət bu dəfə də abadlıq işləri həyata keçirəcək.
Bu tenderdən bir ay əvvəl (iyun ayında) isə Şəki şəhər İcra Hakimiyyəti tərəfindən keçirlən 61 min manatlıq tender müsabiqəsinin qalibi də “Tural-FB” MMC olub. Barəsində açıq internet resurslarında heç bir məlumat olmayan “Tural-FB” MMC 2022-ci il ərzində Şəki şəhərində respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərini təşkil edəcək. Əvvəlki illərdə də “Tura-FB” MMC Şəki şəhər İcra Hakimiyyətinin keçirdiyi yüzminlik tenderlərin qalibi olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2022, 10:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB