"Təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər"
“Bir siyasi zümrə hakimiyyətinin 30 illiyini qeyd eləməyə hazırlaşdığı vaxt onun təhsil naziri çıxıb etiraf edir ki, məktəblər təhsil vermirlər. Bu, həm də təhsil sisteminin iflasının möhürlü-imzalı rəsmi etirafıdır”.
Bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkə hesabında yazıb.
“”Qarabağ Azərbaycandır!” YAP üçün daha bir 30 il hakimiyyətdə qalmağa yetəcək şüar-kapitaldır.
Amma təəssüf ki, özlərinin də səxavətlə etiraf etdiyi kimi - təhsilsiz Azərbaycanda.
Bunun üzərinə yoxsul, ədalətsizliyin tüğyan elədiyi Azərbaycanı da gəlin, 30 ildən sonrakı Azərbaycanı canınızı üşütmə tutmadan təsəvvürünüzdə canlandırmağa çalışın”, - deyə o bildirib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev avqustun 27-də Bakı şəhərində yerləşən məktəblərin direktorları ilə görüş keçirib. Görüşdə iştirak edən direktorlardan biri “Yeni Sabah”a danışıb və bildirib ki, nazir Emin Əmrullayev çıxışında məktəblərin müəllimlərə yalnız əməkhaqqı verən bir mexanizmə çevirildiyini deyib:
“Nazir dedi ki, məktəblər təhsil vermir və biz bunu bilirik. Müəllimlər sinifdə dərs keçmirlər və eyni uşaqları repetitor hazırlığına cəlb edirlər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2022, 09:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB