SABİQ NAZİR MÜAVİNİNİN OĞLU 2 ŞİRKƏTİN TƏSİSÇİLİYİNDƏN ÇIXARILDI - Fotolar

Gənclər və idman nazirinin sabiq müavini İsmayıl İsmayılovun təsisçisi olduğu biznes obyektlərinin rəhbərliyindən uzaqlaşdırılıb.
İsmayılovun oğlu Elvin İsmayılov artıq "Gilan Holdinq”ə daxil olan "Gilan İnşaat" MMC-nin qanuni təmsilçisi hüququnu itirib. Bir aydır ki, MMC-nin qanuni təmsilçisi Emil Sultanov Rauf oğludur.
Hazırda isə MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 12 min 543 manat 80 qəpik borcu var.
Bundan başqa, İsmayıl İsmayılovun oğlu rəhbərlik etdiyi daha bir şirkətin - idman ləvazimatlarının, o cümlədən ov silahlarının satışı üzrə ixtisaslaşmış "Qəbələ Sport Store" MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. "Qəbələ Sport Store" MMC-nin qanuni təmsilçilyinə Zaur Davud oğlu İbrahimov gətirilib.
Hazırda İsmayıl İsmayılovun oğlunun rəhbərlik etdiyi - təsisçisi olduğu şirkət "Core Construction"dur. Yeni hüquqi ünvana köçən Elvin İsmayılovun təsisçisi olduğu bu şirkətdən də yaxın vaxtlarda uzaqlaşdırılacağı istisna edilmir.
"Core Construction" Bakıda və bir sıra rayonlarda çox sayda müxtəlif istiqamətli tikinti, təmir və dizayn işləri həyata keçirir.
Qeyd edək ki, ötən il 29 noyabr tarixində Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib.
Sabiq nazir müavini işdən azad ediləndən sonra Qaynarinfo-ya verdiyi açıqlama ilə gündəmə gəlmişdi. İsmayıl İsmayılov bildirmişdi ki, işdən çıxarılması barədə sərəncam onun üçün gözlənilməz olub: "Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram”.

Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2022, 10:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB