Sahil Babayevin nazirliyi şəhid ailələri və Qarabağ qazilərini işıqsız qoyur: - Xəbərdarlıq edildi

Binəqədi rayonunda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün salınan yaşayış massivinin sakinləri isti yay günlərində işıqsız qalacaq. Bu barədə Cebhe.info-ya sakinlər məlumat veriblər.
Bildirilib ki, dünəndən etibarən massivdəki binaların bloklarına "Azərişıq" tərəfindən xəbərdarlıq bildirişləri vurulub. Bildirilib ki, "810 ailə üçün yeni yaşayış məhəlləsi" MTK quruma elektrik enerjisindən istifadəyə görə 17 min manatdan artıq qalıq borcu var. Əgər borc ödənilməsə, 20 iyunda məhəlləyə elektrik enerjisi verilişi dayandırılacaq.
"Azərişıq" bununla bağlı heç bir məsuliyyət daşımadığını bildirib və şikayətləri "810 ailə üçün yeni yaşayış məhəlləsi" MTK-ya bildirməyi tövsiyə edib.
Sakinlər bildiriblər ki, onlar elektrik enerjisindən istifadəyə görə ödənişi smart kartla, yəni əvvəldən edirlər. Buna görə də borc sakinlərin yox, MTK-nındır və güman ki, tikinti-təmir işləri zamanı yaranıb.
Sözügedən yaşayış məhəlləsindəki binalardakı mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır. Oradakı mənzillər şəhid ailələri və əlillərə məhz bu nazirlik təəfindən paylanır.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-06-2022, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB