reklam
Regionxeberlericom.az » Gündəm » “Sabunçu” xəstəxanasında ana olan azyaşlı qız qardaşı tərəfindən niyə DÖYÜLDÜ? – Türkanda film kimi OLAY

reklam

“Sabunçu” xəstəxanasında ana olan azyaşlı qız qardaşı tərəfindən niyə DÖYÜLDÜ? – Türkanda film kimi OLAY


Xəzər rayonu Türkan qəsəbəsində film kimi olay yaşanıb. İki il əvvəl 14 yaşlı yeniyetmə qız 28 yaşlı qəsəbə sakini ilə qeyri-rəsmi nikaha girib. Azyaşlı 15 yaşında ana olub və övladını 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu) dünyaya gətirib. Hazırda 16 yaşında olan Rəna Quliyeva (ad, soyad şərtidir) 1 yaşlı körpəsi ilə anasının evində yaşayır. Məlumatı Bizim.Media-ya Türkan qəsəbə sakini Səbinə Mürsəlova verib.

Bildirdiyinə görə 1 yaşında körpəsi olmasına baxmayaraq Rəna Quliyeva qəsəbədə yüngül həyat tərzi keçirir. Buna görə qeyri-rəsmi nikaha girdiyi Yalçın Rəna Quliyevanı ata evinə göndərib:

“Rəna Quliyeva yeznəmin bacısıdır. Türkan qəsəbə 6 saylı internat məktəbində oxuyurdu. 14 yaşında olanda qəsəbə sakini Yalçına qaçdı. Yeznəm Vüsal Nəcəfov təsadüfən kişilərlə söhbətdə bacısının yüngül həyat tərzi keçirməsindən xəbər tutub və anasının evinə gedərək qızı döyüb. Ciddi xəsarətlər yetirməyib.

Sadəcə bacısı haqda eşitdiyi xoşagəlməz söhbətlərdən təngə gəldiyi üçün çıxış yolunu onu döyməkdə görüb. Döyülən Rəna Quliyeva anası ilə birgə yeznəm barəsində Xəzər Rayon Polis Bölməsinə şikayət ediblər. Polis Bölməsində ifadəsi alınandan sonra buraxılıb. Amma şikayət olduğu üçün haqqında cinayət işi qaldırılacaq. Əslində yeznəm deyil, 14 yaşında ailə quran və 15 yaşında ana olan Rəna Quliyeva cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bacımın himayəsində 3 azyaşlı övladı var və çətin durumda yaşayırlar. Yeznəm niyə həbs olunmalıdır ki?”

Səbinə Mürsəlovanın sözlərinə görə, Rəna Quliyvanın anası azyaşlı qızının əxlaqsızlıq etməsinə göz yumur. Daha doğrusu özü şərait yaradır:

“Öz oğlundan polisə şikayət edən ana deyir ki, qızım azad yaşamalıdır. Onun yüngül həyat tərzi keçirməsinə narahat deyil. Onu da deyim ki, Rəna Quliyevanın atası çoxdan dünyasını dəyişib”.

Bacısının və yeznəsinin həyatı üçün narahat olduğunu vurğulayan Səbinə Mürsəlova aidiyyəti qurumların azyaşlı qızın ailə qurması və ana olması məsələsinə indiyədək niyə reaksiya verilməməsindən gileylənib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bizim.Media-ya məsələnin araşdırılacağını bildirib.

Mövzunu diqqətdə saxlayacağıq.




Paylaş:


Müəllif : Tarix:
4-06-2022, 09:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər