Ermənilər Pasxa günü Kəlbəcərdəki qədim məbədimizə ziyarət təşkil edəcək?... - ZİBİLƏ DÜŞMÜŞÜK...

Erməni Apostol kilsəsinin Qarabağ yeparxiyası aprelin 17-də - ermənilərin Pasxa bayramı qeyd etdiyi bazar günü Azərbaycan Respublikasının Kəlbəcər rayonunda yerləşən Xudavəng monastırına ziyarət təşkil etməyə hazırlaşır. Erməni mediasının yazdığına görə, bu barədə Xankəndindəki Surb Astvatsatsin kilsəsinin ruhani keşişi, keşiş Nerses Əsryan öz "Facebook" səhifəsində məlumat paylaşıb.
“Möminlərimiz üçün çoxdan gözlənilən xəbər. Müqəddəs Diriliş günündə Artsax yeparxiyası Dadivank ziyarətini təşkil edir. İştirak etmək istəyənlər mümkün qədər tez Stepanakertin(Xankəndinin-S.L.) iki kilsəsindən birində qeydiyyatdan keçməlidirlər”, - deyə keşiş yazıb.
Xəbərdə ermənilərin Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng məbədinə ziyarəti üçün Azərbaycan tərəfindən icazə alınıb-alınmaması haqda məlumat verilmir.
Xatırladaq ki, 10 noyabr 2020-ci il razılaşmasına əsasən Xudavəng məbədinin girişində Rusiya hərbçilərinin postu yerləşdirilib. 2020-ci ilin dekabrında Azərbaycan tərəfindən Alban-udin xristian provaslav icmasının sədr müavini Rafiq Danakari Xudavəng monastırına vaiz təyin olunsa da və həmin icma nümayəndələri məbədimizi bir neçə dəfə ziyarət etsə də, erməni keşişləri daim orada qalmaqda davam edir. Lakin 2021-ci ilin mayından Azərbaycan ordusu erməni zəvvarların işğal dövründə erməniləşdirdikləri bu qədim məbədimizə ziyarətinə qadağa qoyub. Həmin vaxta qədər ermənilər Rusiya "sülhməramlı"larının müşayiəti ilə məbədi ziyarət ediblər.
Zəruri şərh:
Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, Qarabağdakı "qədim erməni abidəsi" adlandırılan bütün digər tarixi abidələr sırasında Xudavəng məbədi də qədim Azərbaycan abidəsidir. İkincisi də məbədin olduğu ərazi tam şəkildə Azərbaycan dövləti və ordusunun nəzarəti və yurisdiksiyasındadır. Belə olduğu halda erməni keşişləri birdəfəlik oradan qovulmalı və əvəzində Azərbaycan tərəfindən təyin olunmuş dini icma daimi olaraq məbəddə yerləşdirilməlidir...
Paylaş:
Müəllif : Yazar
Tarix:12-04-2022, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video