“Azəriqaz” növbəti ildən sayğaclarda yenilik edəcək - RƏSMİ
“2021-ci ildən ölkədə ağıllı sayğacların tətbiqinə başlanılıb və hazırda 50-ə yaxın MTK-da ağıllı sayğacların quraşdırılması prosesi başa çatıb”.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev məlumat verib.
O bildirib ki, Birlik 2022-ci ildən tətbiq ediləcək yeni layihə üzərində işləyib və artıq effektli nəticə alıb:
“2021-ci ildə tətbiq etdiyimiz sayğaclar vasitəsilə radiodalğalar ilə kənardan sayğacın oxunmasını reallaşdırmaq mümkün idisə, artıq 2022-ci ildən sayğaclara yerləşdiriləcək sim-kart vasitəsilə həm sayğacların oxunuşu, borca görə qazın dayandırılması həyata keçiriləcək, həm də əvvəldən ödənişli sayğaclardakı kimi abonent ödənişi əvvəlcədən həyata keçirə biləcək və həmin ödənişə uyğun da qazla təmin ediləcək”.
Ruslan Əliyev qeyd edib ki, bu pilot layihədir və layihə ilə bağlı tender proseslərinə start verilib:
“2022-ci il birinci rübün sonu və ya ikinci rübün əvvəlində müqavilə şərtləri uyğunlaşdırılacaq və qiymət məlum olacaq. Hazırda isə mexaniki sayğaclar 26 dollara, smart-kart tipli sayğaclar isə 3 dəfə baha başa gəlir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:17-12-2021, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.