"Dedi ki, əlavə avadanlıqlar verilmir, öz cibindən xərc cəkə bilməz..." - GİLEY
Bərdə rayonunun Körpüqıran kəndində internetin keyfiyyəti ilə bağlı problemlər yaşanır. Kənd sakinləri Meydan TV-yə deyib ki, «Aztelekom» ayın əvvəlindən xidmət ödənişlərin köçürülməsini tələb etsə də, ayın cəmi ilk yarısında internet olur, o da müəyyən fasilələrlə verilir.
Sakinlərdən Vüqar Əsədov bildirib ki, problemlə bağlı «Aztelekom»a, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, «Aztelekom»un Körpüqıran da daxil olmaqla bir neçə kəndə nəzarət edən müvəkkilinə müraciət edib.
«Kəndə gələn internet xəttinin çəkilişini görənlər şoka düşürlər. Təsəvvür edin, internet xətti yüksəkgərginlikli elektrik xəttinin dirəklərinə bağlanıb. Xətlər yerlə keçir. Dəfələrlə azyaşlı uşaqların kabel xəttinin üzərində yellənçək kimi yelləndiklərinin şahidi olmuşam», -şikayətçi söyləyib.
Vüqar Əsədovun sözlərinə görə, pandemiya dövründə uşaqların onlayn təhsilə qoşulması üçün Data Kart-dan istifadə ediblər. Bu isə onsuz da çətinliklə dolanan ailələr üçün əlavə yük olub:
«Kənddə təxminən 100 ailə yaşayır. «Aztelekom»un sahə rəisinə məlumat verdik ki, kabellər yerlə çəkilib, bu, təhlükəlidir. Dedi ki, əlavə avadanlıqlar verilmir, öz cibindən xərc cəkə bilməz. Kəndimiz rayon mərkəzindən cəmi bir neçə kilometr aralıda yerləşir. Kəndin yolları təmir edilib, asfalt örtüyü çəkilib. Amma nə telefonlar işləyir, nə də keyfiyyətli internet var».
«Aztelekom»dan Meydan TV-yə şikayətdən xəbərsiz olduqlarını bildiriblər. Həmçinin onu da deyiblər ki, problem varsa, yalnız şikayətçilərin özlərinə cavab verə bilərlər.
Nazirliyin mətbuat xidmətindən isə bildiriblər ki, mətbuatın suallarına yalnız nazirin müşaviri cavab verir. Ona görə də sualların yazılı göndərilməsi istənilib. Meydan TV əməkdaşı nazirliyə yazılı sorğu ünvanlasa da, hələ cavab almayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-12-2021, 11:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.