Pozuntularda BDU rektorunun da adı var - Elmin İnkişafı Fondunda TƏFTİŞ GEDİR
Hesablama Palatası Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda (EİF) yoxlamalar keçirib və ciddi pozuntular aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində məlumat verilib. Bildirilib ki, Hesablama Palatasının apardığı audit Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 2019-2020-ci illərdə fəaliyyətini və ümumilikdə 2,0 mln. manat vəsaiti əhatə edib.
Özünümaliyyələşdirmə prinsipinin tətbiqi ilə bağlı fəaliyyətin başa çatdırılmaması fonda ayrılmış vəsaitlərin vaxtında və nəzərdə tutulmuş məqsədlər üçün istifadə edilməməsi ilə nəticələnmiş, eyni zamanda mövcud imkanlardan istifadə olunmayaraq, qalib layihələrin maliyyələşdirilməsi təmin edilməyib.
Fond tərəfindən müsabiqələr dövlət sifarişinin istiqamətləri üzrə uyğun şəkildə elan olunmayaraq, ümumilikdə layihələr 7 istiqamətdən yalnız 2-ni əhatə edib.
Qalib layihələrin müddəti qüvvədə olan qaydaların tələblərinə uyğun şəkildə müəyyənləşdirilib, bununla belə, fəaliyyətin təmin edilməsi sahəsində idarəetmə AUDİTOR TRİBUNASI 14 2021, №3 qərarlarının gecikdirilməsi 2018-ci ildə bağlanmış müqavilələrin 76,2%-nin müəyyən edilmiş müddətlərdə başa çatdırılmaması ilə nəticələnərək, başa çatdırılmış layihələr üzrə vəsaitin icra səviyyəsi aşağı olub.
Fəaliyyətin yenidən təşkili prosesinin yekunlaşmaması son nəticədə layihələrin icra müddətinin uzanmasına, vəsaitlərin nəticəli istifadəsinin təmin edilməməsinə səbəb olub, həmçinin müvafiq hesabatların alınmaması ödənilmiş vəsaitlərin istifadəsinin və təyinatının təsdiqlənməsi imkanlarını məhdudlaşdırıb.
Layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş avadanlıq və cihazlar alınmadan layihələrin başa çatdırılmış hesab edilməsi həmin layihələrin ilkin məqsəd və nəticələrə nail olunmasında riskləri formalaşdırıb, alınmış qeyri-maliyyə aktivlərinin uçota alınması ilə bağlı fəaliyyətin reqlamentləşdirilməməsi hesabatlılığın təmin edilməməsi ilə nəticələnib.
Nəqliyyat vasitələrinin saxlanması ilə bağlı vəsaitlərin istifadəsində müəyyən edilmiş normalara riayət edilməməsi səbəbindən büdcə vəsaitinin artıq istifadə edilməsinə şərait yaranıb.
Auditin əhatə etdiyi dövr ərzində aparılmış xərclər üzrə satınalma predmeti olan bir halda vəsaitlər qanunvericiliklə müəyyən edilmiş metodlar tətbiq olunmadan istifadə edilib.
Fondun maliyyə hesabatlarının tərtibi zamanı əhəmiyyətli olmayan təhriflərə yol verilmiş, minik avtomobilləri üzrə amortizasiya normaları düzgün tətbiq edilməyib.
Fondun yeni rəhbərliyi təyin edilənədək (Red: əvvəlki icraçı direktor Elçin Babayev) nəzarət mühitinin formalaşmasında yaranmış boşluqlar funksional fəaliyyətin təmin edilməsini çətinləşdirib, hesabatvermə mexanizmləri tətbiq edilməyib.
Dövlət büdcəsindən fonda ayrılmıș vəsaitlər üzrə dövlət satınalmaları istisna olmaqla, maliyyə vəsaitlərinin idarə olunması və maliyyə hesabatlarının tərtibi bütün əhəmiyyətli aspektlər baxımından tətbiq edilən meyarlara uyğundur.
Kollegiya Qərarında və audit qrupunun hesabatında qeyd edilmiș nöqsanların aradan qaldırılması ilə ciddi tapşırıqlar verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna layihələrin maliyyələşdirilməsi məqsədilə ayrılmış vəsaitlər üzrə 01.01.2021-ci il tarixinə formalaşmış 4551,5 min manat qalıq məbləğinin növbəti ildə müvafiq xərclərin proqnozlaşdırılması zamanı nəzərə alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məlumat təqdim edilsin. 4. Auditin nəticəsi ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilsin.
Qeyd edək ki, Elmin İnkişafı Fondunun hazırkı icraçı direktoru Mehriban Natiq qızı İmanovadır. Əvvəlki rəhbəri isə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev olub.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2021, 13:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video