İsmayıl Vəliyevin eşşəkləri, Alimpaşa Məmmədovun maralları... - Həbs olunan icra başçılarının ekzotik biznesləri

Şəmkir rayonunun keçmiş icra hakimiyyəti başçışsı, DTX tərəfindən rüşvət və korrupsiya əməllərinə görə həbs olunan Alimpaşa Məmmədovun çoxşaxəli biznes fəaliyyətinə həm də maral ferması daxil imiş. Bu haqda Real TV-nin reportajında deyilir.
Yenisabah.az xəbər verir ki, reportaja əsasən sabiq icra başçısı özü maral həvəskarı olub və icra hakimiyyətinin başçısı təyin olunandan bir qədər sonra bu təsərrüfatı yaradıb. Hazırda Kür qəsəbəsində yerləşən təsərrüfatda 30-dan çox maral saxlanılır. Əvvəllər maralların sayının daha çox olduğu bildirilir. Alimpaşa Məmmədov maral təsərrüfatını da əvvəllər camış ferması olan obyekti mənimsəməklə həyata keçirib.
Qeyd edək ki, Alimpaşa Məmmədovun oğlunun adına rəsmiləşdirdiyi biznes obyektlərinə nəhəng balıqyetişdirmə təsərrüfatı, ticarət mərkəzi, restoranlar və s. daxildir.
Ekzotik bizneslə məşğul olan isə təkcə o deyildi. Ötən il həbs olunan Neftçala rayon başçısı İsmayıl Vəliyevin də çoxşaxəli biznes fəaliyyətində cins eşşək yetişdirilməsi də yer alırdı. Belə ki, keçmiş başçısının Neftçala “Xol yolu” deyilən ərazidə cins eşşək ferması da var idi, həmin fermada saxlanılan eşşəklərin südünün satışa çıxarıldığı bildirilirdi.

Paylaş:
Müəllif : Fuad
Tarix:30-04-2021, 21:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-04-2021, 21:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 20:49
Bu gün, 13:52
Bu gün, 12:02
Bu gün, 11:55
Bu gün, 11:53
Dünən, 15:04
Dünən, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB