Rafael Cəbrayılov ölkədən qaçmağa hazırlaşır – Sensasion iddia

Adı borc qalmaqalında hallanan keçmiş deputat Rəfail Cəbrayılov üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır.
regionxeberlericom.az xəbər verir ki, Yenicag.az-ın yaydığı məlumata görə, bir müddət əvvəl aldığı külli miqdarda borc qarşılığında deputat mandatını girov qoyduğu bildirilən Milli Məclisin keçmiş üzvü Rəfail Cəbrayılov aldığı pulları hələ də geri qaytarmayıb.
Saytın yazdığına görə, Rəfail Cəbrayılov keçirdiyi mətbuat konfransında verdiyi vədin əksinə və müvafiq məhkəmə qərarlarına baxmayaraq, borclarını indiyə kimi ödəməyib.
Qeyd olunur ki, sabiq deputat borc sahiblərinə yerinə yetirmədiyi vədlər verməklə, onların əsəblərini tarıma çəkməkdədir.
Digər məlumatda isə Cəbrayılovun şəxsi evinin əlindən alındığı bildirilir. Ancaq bu informasiyanı şübhə altına alan başqa məlumat da var.
Həmin informasiyaya əsasən, evini satan Cəbrayılov borclarını qaytarmaq əvəzinə, o pulları da qardaşı kimi xarici ölkələrdən birinə keçirərək, yeni biznes qurmaq hazırlığındadır.
Bunu nəzərə alan borc sahibləri Cəbrayılovun ölkədən çıxışına qadağa qoyulmasına çalışırlar.
Paylaş:
Müəllif : Redaktor
Tarix:20-11-2019, 10:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:20-11-2019, 10:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 08:52
Dünən, 20:06
Dünən, 09:44

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"