Rusiyalı jurnalist minaya düşüb həlak oldu

Rusiyada daha bir jurnalist həlak olub.
TASS agentliyi xəbər verir ki, “Birinci Kanal”ın hərbi müxbiri Anna Prokofyeva və həmkarı Dmitri Volkov Belqorod vilayətində minaya düşüblər.
Anna Prokofyeva peşə borcunu yerinə yetirərkən ölüb, onu müşayiət edən operator Dmitri Volkov isə xəsarət alıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov həlak olan müxbirin ailəsinə və həmkarlarına başsağlığı verib: “Daha bir jurnalist itkisi: “Birinci Kanal”, Anna Prokofyeva... İlk növbədə, Annanın ailəsinə və “Birinci Kanal”ın bütün kollektivinə başsağlığı veririk”.
Qeyd edək ki, Prokofyevanın 35 yaşı var idi. O, hərbi jurnalist kimi münaqişə zonalarından reportajlar hazırlayırdı. 2023-cü ildən isə sözügedən kanalda hərbi müxbir kimi çalışırdı.
Xatırladaq ki, daha öncə də, müharibə zonasında rusiyalı jurnalistlər həlak olmuşdular. Martın 24-ü Rusiyanın “İzvestiya” qəzetinin hərbi müxbiri Аleksandr Fedorçak, “Zvezda” telekanalının operatoru Аndrey Panov və çəkiliş qrupunun sürücüsü Аleksandr Sirkeli həlak olmuşdu. “Zvezda” telekanalının müxbiri Nikita Qoldin isə ağır yaralanmışdı. Hadisə ilə bağlı Azərbaycan Medianın İnkişafı Agentliyi başsağlığı vermişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-03-2025, 15:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır