Tanınmış general təqaüdə göndərildi - Vəzifəsi Vətən Müharibəsi Qəhrəmanına həvalə edildi

Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Füzuli Salahov vəzifəsindən azad edilib.
General Salahov son yaş həddi ilə bağlı təqaüdə göndərilib.
Əldə etdiyimiz digər məlumata görə, institutun rektoru vəzifəsinin icrası Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövlanova həvalə edilib.
Polkovnik Mövlanov Vətən müharibəsində şücaət göstərən zabitlərdəndir. Müharibədən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə polkovnik Nizami Mövlanova Vətən Müharibəsi Qəhrəmanı adı verilib. Bundan əlavə, müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələri Veteranı” medalları, Azərbaycan Silahlı Qüvvələrinin 10, 90 və 95 illiyi, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib. Müharibədən bir müddət sonra N.Mövlanov Heydər Əliyev adına Hərbi İnstitutun rəis müavini təyin edilib.
Qeyd edək ki, Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. İnstitut Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-06-2024, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bu gün, 20:15ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 10:19Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Dünən, 10:17TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Dünən, 09:00Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...
Dünən, 08:30Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR
4-09-2025, 16:01FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?
4-09-2025, 15:59Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi
4-09-2025, 15:58Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video
4-09-2025, 09:32