Dünyada ilk dəfə dişi bərpa edən dərman sınaqdan keçiriləcək
Heyvanlar üzərində uğurlu nəticə göstərdikdən sonra dişləri bərpa edən dərman dünyada ilk dəfə insanlar üzərində də sınaqdan keçiriləcək.
“Nikkei Asia” jurnalı xəbər verir ki, Kyoto Universitet Xəstəxanasında sentyabr ayında keçiriləcək sınaq zamanı ən azı bir azı dişini itirmiş 30-64 yaş arası 30 nəfər müalicə olunacaq.
Söhbət antikorlara əsaslanan bir dərmandan gedir. Mütəxəssislərin fikrincə, sınaqlar uğurla nəticələnsə, “Toregem Biopharma” dərmanı 2030-cu ilə qədər kütləvi istehsala buraxılacaq.
İlkin olaraq anadangəlmə anodontiyası olan - dişləri tam və ya qismən olmayan insanlar üçün nəzərdə tutulacaq, lakin sonra şirkət bu vasitəni daha gec yaşda dişlərini itirmiş şəxslərə təklif edəcək.
2025-ci ildə sınaqların ikinci mərhələsinə keçmək planlaşdırılır ki, bu müddət ərzində iki yaşdan yeddi yaşa qədər olan anadangəlmə anodontiyadan əziyyət çəkən xəstələrin müalicəsində preparatın effektivliyi qiymətləndiriləcək. Daha sonra sınağın əhatə dairəsi genişləndiriləcək.
Tədqiqat prosesindıə “gen-1” (USAG-1) zülalı alimlərin diqqətini cəlb edib və yeni dişlərin əmələ gəlməsini tənzimləyən zülalın məhz o olduğu məlum olub.
Qeyd etdiyimiz sınaq siçanlarda yeni dişlərin çıxması ilə nəticələnib. İntravenoz müalicə heyvanlar üzəridə heç bir yan təsir göstərməyib.
Layihənin aparıcı mütəxəssisi molekulyar bioloq və stomatoloq Katsu Takahaşi 2005-ci ildən dişlərin bərpa prosesi üzərində işlədiyini və bu müalicənin təkcə anadangəlmə problemli insanlar üçün deyil, hər yaşda dişlərini itirmiş şəxslər üçün nəzərdə tutulduğunu qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-06-2024, 21:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video