reklam
Regionxeberlericom.az » Dünya » Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirildi

reklam

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirildi


Bu gün Gürcüstan parlamentində xüsusi təhlükəsizlik rejimi tətbiq edilir.

Regionxeberlericom.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin binasına giriş məhdudlaşdırılacaq və binaya yalnız dəvət olunan şəxslər buraxılacaq.

Məhdudiyyətlər akkreditasiyadan keçən jurnalistlərə şamil edilməyəcək.

Gürcü deputatlar bu gün də plenar iclasda “Xarici təsirin şəffaflığı haqqqında” qanunu müzakirə edəcəklər. Sözügedən qanuna etiraz edənlər səhər saatlarından parlamentin önündə aksiyanı davam etdirəcəklərini açıqlayıblar. 

Xatırladaq ki, dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqqında” qanunun müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Bununla paralel olaraq parlamentin önündə etiraz aksiyası keçirilib. Etirazçılar Tbilisinin mərkəzində Rustaveli prospektini bağlayıb. İctimai asayişi pozmaqda təqsirləndirilən 14 nəfər saxlanılıb. Prospektdə hərəkət gecə saatlarında bərpa edilib.




Paylaş:


Müəllif : Tarix:
16-04-2024, 10:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər