reklam
Regionxeberlericom.az » Dünya » Kiyevə 44 gün sonra zərbə endirildi – 10 nəfər xəsarət aldı

reklam

Kiyevə 44 gün sonra zərbə endirildi – 10 nəfər xəsarət aldı


















Martın 21-nə keçən gecə Rusiya qoşunları Ukraynaya raket zərbəsi endirib.

“Ukrayinska Pravda” xəbər verir ki, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının məlumatına görə, Rusiya hərbçiləri iki “İskəndər-M/Kinjal” ballistik raketi və 29 ədəd X-101/X-555 qanadlı raketi ilə Ukraynaya hücum edib, onların hamısı Kiyev vilayəti səmasında vurulub.

Şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib ki, bu, Kiyevin son 44 gündə ilk dəfə atəşə tutulmasıdır.

İlkin məlumatlara görə, Kiyevin üç rayonunda vurulan raketlərin qalıqları yaşayış binalarının, eləcə də avtomobillərin üzərinə düşərək yanğınlara səbəb olub.

Kiyev meri Vitali Kliçko hücum nəticəsində 10 nəfərin yaralandığını, onlardan ikisinin xəstəxanaya yerləşdirildiyini bildirib. Qalanlarına həkimlər yerindəcə tibbi yardım göstəriblər.




Paylaş:


Müəllif : Tarix:
21-03-2024, 11:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər