reklam
Regionxeberlericom.az » Dünya » Dani Alves həbsxanadan qaçmağı planlaşdırır

reklam

Dani Alves həbsxanadan qaçmağı planlaşdırır


“Barselona”nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alves kamera yoldaşlarına bildirib ki, müvəqqəti olaraq zaminə buraxılacağı təqdirdə Braziliyaya qaçmağı planlaşdırır.

Xarici media bildirir ki, bu barədə “Tarde AR” nəşri məlumat yayıb.

Xatırladaq ki, yanvar ayında Dani Alves Barselonadakı Sutton gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilib. Yanvarın 20-də keçmiş futbolçu nəzarətə götürülüb. Daha sonra Alves bir neçə dəfə müvəqqəti zaminə buraxılmayıb.

Alvesin məhkəməsi 2024-cü il fevralın 5-7-də baş tutub. Hakimlər keçmiş futbolçunun 9 il, zərərçəkmişin hüquqlarını müdafiə edən vəkillər isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edirlər. Onlar həmçinin Alves cəzasını çəkdikdən sonra həbs qətimkan tədbirinin qüvvəyə minməsini və braziliyalının özünün zərərçəkənə 150 min avro ödəməsini istəyirlər.

İspaniyanın 2023-cü ildə tətbiq edilən cinsi razılıq qanununa əsasən, cinsi zorakılıq ittihamları onlayn zorakılıqdan zorlamaya qədər müxtəlif cinayətləri əhatə edir və hər birinə fərqli mümkün cəzalar verilir. Zorlamaya görə maksimum mümkün cəza 15 ildir.




Paylaş:


Müəllif : Tarix:
17-02-2024, 18:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər