Ukrayna Xersonda Rusiya rəsmilərinin olduğu binanı vurub – Ölənlər var
Xerson vilayətinin Rusiya işğalı altında olan Yubileynoye kəndində “polis idarəsi”nin binasına zərbə endirilib.
TASS xəbər verir ki, bu barədə ilhaq edilmiş bölgənin “hüquq-mühafizə orqanları”ndan məlumat yayıb.
“Dünən səhər saatlarında Rusiya Daxili İşlər Nazirliyinin Yubileynoye kəndindəki “Novokaxovski” binasının HİMARS reaktiv yaylım atəşi sistemi ilə atəşə tutulması nəticəsində 4 polis yerindəcə ölüb, 18 nəfər yaralanıb. Onlardan 5 polis əməkdaşı ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, digər zərərçəkənlərə isə yerindəcə tibbi yardım göstərilib”, - məlumatda deyilir.
Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri tərəfindən yaradılan Milli Müqavimət Mərkəzi Ukrayna hərbçilərinin noyabrın 28-də Yubileynı kəndinə zərbələr endirdiyini bildirib:
“Rusiya qüvvələri tərəfindən təyin edilmiş məmurların iclasının keçirildiyi bina atəşə tutulub. Atəş nəticəsində beş yüksək rütbəli məmur ölüb”.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-11-2023, 19:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Dünən, 15:06Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır
SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”
18-08-2025, 12:40