Şimali Koreya orbitə kəşfiyyat peyki çıxardı
İlk kəşfiyyat peyki olan Mulliqön-1"in orbitə çıxarılması KXDR-də kosmik sənayenin inkişafında yeni eranın başlanğıcı olub.
Yenisabah.az KCNA-ya istinadla xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin alimləri, mühəndisləri və əməkdaşları ilə görüşündə deyib.
Noyabrın 21-də Şimali Koreya “Mulliqön-1” kəşfiyyat peyki ilə birlikdə “Çollima-1” daşıyıcı raketini orbitə çıxarıb. Buraxılış uğurlu olub və qurğu orbitə çıxarılıb. Şimali Koreya bundan əvvəl may və avqust aylarında iki dəfə kəşfiyyat peykini buraxmağa cəhd etsə də, hər iki cəhd uğursuzluqla nəticələnib.
Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyanın ilk kəşfiyyat peykini orbitə çıxarmağa müvəffəq olduğunu açıqlayıb. Bununla belə, Seulun fikrincə, peykin normal işlədiyini müəyyən etmək üçün vaxt lazımdır.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-11-2023, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb