reklam
Regionxeberlericom.az » Dünya » Qəzzada daha bir məktəbə hücum – Bu dəfə 12 nəfər öldü

reklam

Qəzzada daha bir məktəbə hücum – Bu dəfə 12 nəfər öldü


















İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbəliyyə düşərgəsində yerləşən “Əl-Faxura” məktəb binasına hücumu nəticəsində ən azı 12 nəfər həlak olub.

“Əl-Cəzirə” telekanalı xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

“İlkin məlumatlara görə, “Əl-Fəxura”nın bombalanması zamanı ən azı 12 nəfər ölüb, 54 nəfər yaralanıb”, nazirlik nümayəndəsi bildirib.

Qeyd edək ki, son həftələrdə “Əl-Faxura” məktəbi Fələstin anklavının şimalında İsrailin quru əməliyyatları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan sektorun sakinləri üçün ən böyük sığınacaq olub. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bu məktəbin ərazisində bir neçə min məcburi köçkün var.




Paylaş:


Müəllif : Tarix:
4-11-2023, 14:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər