İsrail HƏMAS-ın 600 hədəfini vurub – Quru əməliyyatları davam edir
İsrail ordusu son günlər anklavda HƏMAS-ın 600-dən çox hərbi obyektinə zərbələr endirərək Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İDF bölmələri Qəzza zolağında quru əməliyyatlarını genişləndirməkdə davam edir. Son bir neçə gün ərzində İDF 600-dən çox hədəfə, o cümlədən silah anbarlarına, onlarla tank əleyhinə raket buraxılış qurğusuna, HƏMAS-ın sığınacaqları və döyüş meydançalarına zərbələr endirib”, - məlumatda bildirilib.
“İDF əsgərləri gecə ərzində Qəzza zolağında bina və tunellərdə barrikada quraraq hərbçilərə hücum etməyə cəhd edən onlarla terrorçunu öldürüb”, - deyə mətbuat xidməti davam edib.
“Gecə hərbçilər Əl-Əzhər Universitetinin ərazisində silahlı terrorçular və tank əleyhinə raket buraxılış qurğuları aşkar edərək, onlara zərbə endirmək üçün qırıcı göndəriblər”, - deyə mətbuat xidməti əlavə edib.
Məlumata görə, bundan əlavə, İDF-nin quru qoşunları tərəfindən idarə olunan pilotsuz uçan aparatları içərisində 20-dən çox terrorçunun olduğu HƏMAS mövqeyinə zərbələr endirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-10-2023, 14:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hacı Məhərrəmin razılığı ilə bina qəzalı vəziyyətə salınıb - “Qurtuluş-93” yaşayış kompleksində təhlükə

İcra başçısı yaxınlarına vəzifə verdi töhmətləndi, bəs Zaur Mikayılovu hansı cəza gözləyir? - -İLGİNC

Saleh Məmmədovun Prezidentə "yüksək keyfiyyətli" dediyi yolun heç ili çıxmadı - yol təmirə bağlandı FOTO

Sabunçu rayonunun “Azərbaycan Qadını” küçəsində hansı məmurun qanunsuzluğuna göz yumulur?-Video

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi dünya çempionatına qələbə ilə başlayıb

Tiencin şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə görüşü keçirilib