reklam
Regionxeberlericom.az » Dünya » Faciələrin FRANSIZ ÜZÜ - Fahişələrdən daha nə gözləyək?

reklam

Faciələrin FRANSIZ ÜZÜ - Fahişələrdən daha nə gözləyək?


Dünya gündəmini Türkiyədə baş vermiş dəhşətli zəlzələ tutub. Sivilizasiya dərin təəssüf və kədərlə dəhşətli zəlzələnin acı nəticələrini izləyir. Təbii ki, hər bir insan oğlu olanlardan dərin təəssüf keçirir. İmkanı çatan dara düşmüş insanlara yardıma qaçır, bütün dünya dualarını əskik etmir.

Nə yazıq ki, dünya hələ də pislikdən xali deyil

Hələ də dinc insanların dəhşətlərinə və faciələrinə sevinənllər var. Ən pisi də odur ki, insanlığın faciəsinə sevinənlərin bir qismi özlərini dünyanın mədəniyyət beşiyi adlandıran Avropada, daha konkret desək Fransada cəmləşib.

Təsadüfi deyil ki, Fransada nəşr olunan "Charlie Hebdo" jurnalı Türkiyədəki dəhşətli zəlzələyə “özünəməxsus” şəkildə yanaşdı. İnsanlığın faciəsini məsxərəyə qoydu. Dəhşətli təbiət hadisəsi zamanı qırılan insanların faciəvi durumunu karikaturalaşdırdı. Üstəlik də yazdılar ki, “artıq Türkiyəyə tank yeritməyə lüzum qalmadı”.

Bu bir jurnalın qəbahəti deyil

"Charlie Hebdo" jurnalı bir nəfərin deyil, böyük bir kollektivin ərsəyə gətirdiyi nəşrdir. Yəni insanlığın faciəsinə gülən, lağlağı edən təkcə bircə rəssam deyil, həm də böyük bir kollektivdir. Bunun üstünə də həmin nəşri yayan şəbəkələri və o jurnalı alıb oxuyan kütləni də gələndə belə bir nəticə hasil olur ki, Fransada insanlığa nifrəti olan böyük bir toplum var

Baxmayaraq ki, son 300 ildə Fransa özünü dünyaya mədəniyyətin beşiyi, insanlığın keşikçisi kimi təqdim edib... Bir zamanlar fransısca danışmaq bütün dünyada ən yüksək etikat qaydası hesab edilirdi. Fransa ətriyyatı bu gün də heç kimin vaz keçə bilmədiyi məhsuldur. Hələ muzeyləri demirəm…

"Charlie Hebdo" jurnalı nələri sübut etdi?

Amma "Charlie Hebdo" jurnalının bu gün tutduğu mövqe onu sübut edir ki, fransızlar hər zaman göründükləri kimi olmağa çalışıblar. Amma “gədanın başına qoysan da tacı, o yenə öz gədalığını bildirəcək”.

Fransızlar nə qədər çalışsalarda insanlığa bir ləkə olduqlarını gizlədə bilmirlər. Əlcəzairdə qırdqları günahsız insanların-qocaların, qadınların və uşaqların kəsilmiş başlarını Paris muzeylərində fəxrlə nümayiş etdirib və bundan pul qazananlardan bundan artıq nə gözləmək olar?!. Kahramanmaraşda, Hatayda, Malatyada, Osmaniyada və digər şəhərlərdə can verən körpələrin, qocaların faciəsini gülüş obyektinə çevirənləri ifadə etməyə, adlandırmağa söz də tapa bilmirəm. Amma nə yazıq ki, belə bir cəmiyyət var. Bu da özünü ARİ adlandıran fransızlardır. O fransızlar ki, hər zaman şərin yanında dayanıb, öz çıxarları üçün şeytanla yoldaşlıq edib.

"Charlie Hebdo" jurnalının son buraxılışı Türkiyədə baş vermiş əsrin faciəsinə heç bir dərəcədə təsiri yoxdur. Sadəcə, jurnalın mövqeyi Fransa cəmiyyətinin, Fransa dövlətinin mahiyyətini göstərir.

Aydın olur ki, insanlğın faciəsinə lağ eləmək artıq Fransanın dövlət siyasəti səviyyəsinə qədər yüksəlib. Belə olmasa idi, hansısa dövlət və yaxud QHT rəsmisi çıxıb jurnalı qınayardı. Bunun olmaması isə bir daha sübut edir ki, Fransa mədəniyyət yox, şeytan ocağıdır. Vəssəlam.

Surxay Atakişiyev. Bizim.Media




Paylaş:


Müəllif : Tarix:
8-02-2023, 13:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər