Avtomobil satışında dünya lideri AÇIQLANDI
Yaponiyanın “Toyota Motor” şirkəti 2022-ci ildə “Hino Motors” yük maşınları və “Daihatsu” kiçik avtomobilləri də daxil olmaqla, dünya miqyasında onun markalarından alınan 10,5 milyon avtomobillə ardıcıl üçüncü ildir ki, dünyanın ən yaxşı avtomobil satış lideri olub.
Bu barədə “Reuters“ məlumat yayıb.
Ötən illə müqayisədə şirkətin qlobal satışları 0,1 faiz azalıb. Yaponiyada “Toyota” avtomobillərinə tələbat 9,6 faiz azalaraq 1,9 milyona düşüb, lakin daxili satışlardakı azalma 8,6 milyon avtomobilin xaricə rekord satışı ilə kompensasiya edilib.
“Toyota” çip tədarükü məhdudiyyətlərinə baxmayaraq, 2022-ci ildə istehsalı beş faiz artıra bildiyini söyləyib. Onun həcmləri Asiyada güclü tələbat, eləcə də həm Asiyada, həm də ABŞ-da istehsal güclərinin artırılması və onların optimallaşdırılması ilə dəstəklənib. Bununla belə, noyabrda avtomobil istehsalçısı cari maliyyə ili üçün (martda başa çatan) istehsal proqnozunu 9,7 milyondan 9,2 milyona endirib.
Eyni zamanda, onun əsas rəqibi “Volkswagen” yanvar ayında Ukraynadakı hərbi münaqişə və Çindəki lokdaun fonunda tədarük zəncirlərinin pozulması səbəbindən 2022-ci ildə satışlarının onilliklər ərzində (8,3 milyon avtomobil) minimuma çatdığını söyləyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:30-01-2023, 17:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….