reklam
Regionxeberlericom.az » Dünya » Şoltsla Berboka qarşı sui-qəsd cəhdinin üstü açıldı

reklam

Şoltsla Berboka qarşı sui-qəsd cəhdinin üstü açıldı


Almaniyada dövlət çevrilişinə cəhdə hazırlaşan ifrat sağçılar ölkənin Kansleri Olaf Şolts və XİN rəhbəri Annalena Berboka qarşı sui-qəsd planlaşdırıb.

Bu barədə məlumatı “New York Times” yayıb.

Bildirilir ki, sözügedən şəxslər arasında hakim, həkim, aşbaz, pilot, tenor ifaçı və 3 polis əməkdaşı da var. Onlardan 15-nin hərbçilər ilə əlaqəsi olduğu qeyd olunub.

Federal polis və kəşfiyyat əməkdaşları axtarış apardığı evlərdən hərbi avadanlıq, silah-sursat, eləcə də döyüş dəbilqələri və qılınclar aşkar ediblər.

Axtarış zamanı 18 adın qeyd olunduğu siyahı aşkar olunub. Siyahıda ifrat sağçıların “düşmən” hesab etdiyi siyasətçi və jurnalistlərin adları olub ki, onlar arasında Olaf Şolts və Annalena Berbokun da adına rast gəlinib.




Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 17:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər