reklam
Regionxeberlericom.az » Dünya » Moskvada 143 illik rekord yeniləndi

reklam

Moskvada 143 illik rekord yeniləndi


Rusiyanın Moskva şəhərində hava 9,6 dərəcəyə qədər istiləşib.


Bu barədə Moskva meteoroloji bürosu xəbər verir.


“Noyabrın 12-nə olan temperatur rekordu bütün 143 illik meteoroloji müşahidələr tarixində yenilənib”, - deyə qeyd edilir.


Moskva üçün əvvəlki rekord 2010-cu il noyabrın 12-də, paytaxtda havanın temperaturunun 9,3 dərəcəyə qədər qalxdığı vaxtda müəyyən edilib.


Sinoptiklər paytaxtda havanın 11-12 dərəcə isti olacağını proqnozlaşdırırlar. Temperatur rekordunun son göstəricisi isə axşam saatlarında məlum olacaq.


Agentlik qeyd edib ki, Moskvada 1879-cu ildən davamlı meteoroloji müşahidələr aparılır.


Mənbə: İnterfaks




Paylaş:


Müəllif : Tarix:
12-11-2022, 14:25
Sikayət   


loading...
Загрузка...