reklam
Regionxeberlericom.az » Dünya » "ABŞ Zelenskiyə gizli təzyiq göstərir" - WP

reklam

"ABŞ Zelenskiyə gizli təzyiq göstərir" - WP


















ABŞ-ın nüfuzlu qəzetlərindən olan “Washington Post”a danışan mənbələr ABŞ rəsmilərinin bağlı qapılar arxasında bəzi məsələlərdə Ukraynaya təzyiq göstərdiyini bildiriblər.

Qəzetə danışan və adlarını açıqlamayan mənbələr bildiriblər ki, Vaşinqton administrasiyası Kiyev administrasiyasına xəbərdarlıq edib. Bildirilib ki, Rusiya ilə danışıqlara açıq olduqlarına dair hərəkət etmədikləri təqdirdə, digər ölkələrin dəstəyi azala bilər.

Həmçinin ABŞ-ın Ukraynanı danışıqlar masası arxasına oturmağa məcbur etmək məqsədinin olmadığı bildirilib. Qeyd olunub ki, burada məqsəd Kiyev administrasiyası tərəfindən digər ölkələrin dəstəyini almağa davam etmək dir.

ABŞ və Ukrayna rəsmiləri həmçinin bildiriblər ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşə qarşı çıxması Avropa, Afrika və Cənubi Amerikada narahatlıq yaradıb.

Zelenski Putin postunu tərk etdikdən sonra Rusiya ilə danışıqlar masasına oturacağını açıqlayıb. "Ukraynadakı vəziyyət bəzi müttəfiqlərimizi yorub", - ABŞ rəsmisi deyib.




Paylaş:


Müəllif : Tarix:
7-11-2022, 12:02
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər