reklam
Regionxeberlericom.az » Dünya » II Yelizavetanın "Jaguar"ı HƏRRACDA

reklam

II Yelizavetanın "Jaguar"ı HƏRRACDA


Böyük Britaniyanın mərhum kraliçası II Yelizavetaya (1926-2022) məxsus tam ötürücülü “Jaguar X-Type Estate” universalını İngiltərənin Historics Auctioners evi hərraca çıxarıb. 

Regionxeberlericom.az xarici KİV-ə istinadən xəbər verir ki, noyabrın 26-da keçiriləcək hərracın təşkilatçıları lot üzrə başlanğıc və minimum satış qiyməti müəyyən edilmədiyini açıqlayıb. 

Bu səbəbdən maşının hətta 1 funt-sterlinqə də satılmaq ehtimalı var. Eyni zamanda, II Yelizaveta bu yaxınlarda vəfat etdiyi üçün lotun kolleksiyaçıların diqqətini artıracağı gözlənilir. 

Qeyd edək ki, II Yelizaveta 2009-cu ildə buraxılan avtomobilin ilk sahibi olub və bu ilin yazına qədər ondan istifadə edib. İtlərin yük yerində daşınması üçün qoruyucu örtüyə malik geniş avtomobil üç litrlik altı silindrli benzin mühərriki ilə təchiz edilib. Kraliça avtomobilinin yürüşü 72,5 min mildir (117 min km).

Avtomobilin rəngi “odlu zümrüd” (metalik yaşıl) elan edilib, salon tablosunda, sükan çarxında və avtomatik transmissiyada ağac elementləri olan açıq bej dəri ilə bəzədilib. Avtomobil elektrik şüşələr və lyukla təchiz olunub.

Britaniya kral ailəsi üzvlərinin avtomobil parkından, o cümlədən II Yelizavetanın özünün idarə etdiyi avtomobillər müntəzəm olaraq hərraca çıxarılır. Beş və altı rəqəmli qiymətə satılır.




Paylaş:


Müəllif : Tarix:
3-11-2022, 15:33
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər