Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başladı
Böyük Britaniyanın keçmiş maliyyə naziri Rişi Sunak Liz Trussın yerinə Mühafizəkarlar Partiyasının lideri və Böyük Britaniyanın Baş naziri postu uğrunda mübarizəyə başlayıb.
42 yaşlı siyasətçi bu barədə “Twitter”də məlumat verib.
"Böyük Britaniya böyük ölkədir, lakin biz dərin iqtisadi böhran içindəyik. Ona görə də mən Mühafizəkarlar Partiyasının lideri və baş nazir postuna namizədliyimi irəli sürürəm. İqtisadiyyatımızdakı problemləri həll etmək, partiyamızı birləşdirmək və ölkəmizə xidmət etmək istəyirəm”, - Sunak yazıb.
Onun seçki kampaniyasındakı rəqiblərinin Britaniya parlamentinin İcmalar Palatasının lideri Penni Mordaunt və keçmiş baş nazir Boris Conson olacağı ehtimal edilir.
Namizəd parlament səsverməsinin növbəti raunduna keçmək üçün ümumi sayı 357 olan fraksiyadakı həmkarlarından 100-dən çox səs toplamalıdır. “Sky News” hesablayıb ki, Sunak indiyə qədər baryeri keçən yeganə namizəddir. Conson 57, Mordaunt isə hələ ki, mühafizəkarlar fraksiyasının 23 üzvünün dəstəyini ala bilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-10-2022, 15:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video