reklam
Regionxeberlericom.az » Dünya » Meksikada meriyaya hücum - Mer, atası və 16 nəfər güllələndi

reklam

Meksikada meriyaya hücum - Mer, atası və 16 nəfər güllələndi

















Meksikanın cənubunda meriyaya hücum edənlər 18 nəfəri öldürüb. Hücumda narkotik kartelinə bağlı cinayətkar qruplaşma günahlandırılıb.
Meksikanın cənubundakı Gerrero ştatında hücumçular bələdiyyə sədrini, onun atasını və daha 16 nəfəri güllələyiblər.
Hadisə yerindən çəkilən görüntülərdə şiddətli atəşə məruz qalmış şəhər merinin binası əks olunub.
Meksikada dövlət məmurlarına hücumlar tez-tez təkrarlansa da, sonuncu hadisə ölkədə təhlükəsizlik strategiyasının kəskin müzakirə edildiyi bir vaxta təsadüf edir.
Hadisənin baş verdiyi ərazi Meksikanın münaqişəli bölgələrindən biri olan Tierra Kalientinin ucqar bir qəsəbəsidir və bir çox narkotik tacirlərinin burada cəmləşdiyi bildirilir.
Əyalətin baş prokuroru Uriel Karmona bildirib ki, motosikletlə səyahət edən iki silahlı şəxs ştatın müavini Qabriela Marini avtomobildən çıxarkən güllələyib.
Hücumda güclü narkotik kartelinə bağlı olan Los Tequileros cinayətkar dəstəsi günahlandırılıb.
Hücumdan sonra Meksika Müdafiə Nazirliyi silahlı şəxsləri tapmaq üçün əraziyə ordu və donanma hissələrinin yerləşdirildiyini bildirib.
 




Paylaş:


Müəllif : Tarix:
6-10-2022, 15:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər