reklam
Regionxeberlericom.az » Dünya » Baş nazir: “Yaponiya Rusiyaya qarşı sanksiyalara sadiq qalacaq”

reklam

Baş nazir: “Yaponiya Rusiyaya qarşı sanksiyalara sadiq qalacaq”















Yaponiyanın baş naziri Fumio Kişida Tokionun Moskvaya qarşı sanksiyalar və Kiyevə dəstək siyasətini qətiyyətlə davam etdirəcəyini deyib.

Nazir bu barədə ölkə parlamentinin hər iki palatasının plenar iclasında çıxışı zamanı deyib. O, Rusiyanın Ukraynadakı hərəkətlərinin beynəlxalq nizamın əsaslarını sarsıtdığını deyərək oxşar vəziyyətin Asiya regionunda baş verə biləcəyindən narahat olduğunu bildirib.

"Ölkəmiz ətrafında, o cümlədən Şərqi Çin və Cənubi Çin dənizlərində təhlükəsizlik vəziyyəti sürətlə pisləşir. Ərazilərimizi, ərazi sularımızı və hava məkanımızı qorumaq üçün lazım olan müdafiə qabiliyyətini gücləndirmək əsas prioritet olub", - o əlavə edib.

Qeyd edək ki, cümə günü Rusiya prezidenti Vladimir Putin və DXR və LPR, Zaporojye və Xerson vilayətlərinin rəhbərləri onların Rusiyaya qoşulması haqqında müqavilə imzalayıblar. 





Paylaş:


Müəllif : Tarix:
3-10-2022, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər