Türkiyədə dəhşətli qəza: 50-ə yaxın ölü və yaralı var - Video
Türkiyənin Mardin vilayətində ağır yol qəzası baş verib.
Vilayətin Derik rayonunda saat 17:00 (Bakı vaxtı ilə 18:00) radələrində gübrə yüklü yük maşını əyləc sisteminda yaranan problemə görə 2 avtomobilə dəyərək aşıb. Hadisə yerinə tibb işçiləri, xilasetmə, jandarma və polis qrupları cəlb edilib. Ətrafdakı vətəndaşlar da qəza yerinə toplaşıb.
Bu zaman gübrə yüklü başqa bir yük maşını saat 17:45 radələrində sürətlə kütlənin arasına girib. Qəza yerində olan insanlar təşviş və qorxu içində qaçmağa çalışarkən TIR yaşayış binasına çırpılaraq dayanıb.
Səhiyyə rəsmilərinin açıqladıqları məlumata əsasən iki qəzada 20 nəfər ölüb, buraya azyaşlılar da daxildir. Qeyd olunub ki, daha 26 nəfər isə yaralanıb. Yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Ölənlərin sayının artacağı istisna olunmur. Faktla bağlı araşdırma başladılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-08-2022, 10:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"