Kanada Ukraynanı ağır artilleriya ilə təmin etdi

Kanada hökuməti Ukraynanı ağır artilleriya ilə təmin edib.
Bu barədə Kanada Müdafiə Nazirliyinin dərc etdiyi bəyanatda deyilir.
“Kanada Ukraynanın tələb etdiyi kimi, Ukrayna təhlükəsizlik qüvvələrini ağır artilleriya ilə təmin edib”, - nazirlik bildirib.
Mətndə qeyd olunur ki, söhbət atış məsafəsi 30 km-ə qədər olan 155 millimetrlik M777 haubitsalarından gedir. Silahlar Kanada Silahlı Qüvvələrinin anbarlarından götürülüb.
Bundan əlavə, Ottava artıq təhvil verilmiş tank əleyhinə qumbaraatanlar üçün Kiyevə əlavə döyüş sursatları göndərib, həmçinin zirehli texnikanın tədarükü və pilotsuz uçuş aparatlarında videokameraların saxlanması məsələsini öyrənir.
Qeyd edək ki, bu həftənin əvvəlində Kanadanın Baş naziri Castin Trudeau Ottavanın Kiyevə ağır artilleriya bağışlayacağını bildirmişdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-04-2022, 08:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb