Rusiyalı milyarderin 105 milyonluq villası müsadirə olundu

İtaliyada rusiyalı milyarder Dmitri Arkadieviç Mazepin və onun oğlu “Formula 1” pilotu Nikitaya məxsus 105 milyon avro dəyərində əmlakı müsadirə olunub.
Bu barədə İtaliya Maliyyə Polisi (Guardia di Finanza) açıqlama yayıb.
Bildirilib ki, Sardiniya adasındakı Olbia şəhəri yaxınlığındakı 105 milyon avro dəyərində olan Mazepin ailəsinə məxsus villa araşdırmaların təsdiqindən sonra müsadirə olunub.
Qeyd edək ki, ötən il “Formula1”də “Haas” komandasında çıxış edən Nikita Mazepinin müqaviləsi bu ilin əvvəlində uzadılsa da, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə səbəbindən müqaviləsinə xitam verilib.
Xatırladaq ki, İtaliyada Avropa İttifaının (Aİ) sanksiya siyahısında olan və Rusiya Prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan 5 rusiyalı milyarderə məxsus 143 milyon avro dəyərində sərvət martın 5-də, digər rusiyalı oliqarx Andrey Melniçenkonun isə 530 milyon avro dəyərində olan "Sy A" adlı dəbdəbəli yaxtası martın 12-də müsadirə olunub.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-04-2022, 23:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….