"Əsgərlərin 40 faizini Köçəryan tərəfdarları öldürüb" - Ermənistan şokda
Tanınmış erməni blogger Roman Baqdasaryan ötən gün yayımladığı videobloqda Köçəryan klanına qarşı kəskin ittihamlar səsləndirib və bir çox şok açıqlamalar verib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Köçəryan tərəfdarlarına (blogger onları "Qarabağ klanı" adlandırır - red.) ən ağır söyüşlərlə xitab edən blogger onları Rusiyada oturub, yalançı müharibə bəyanatları verməkdə, Paşinyana təzyiq göstərməkdə ittiham edib.
"Demək olar ki, bütün xarici səfirliklərdə çalışanlar "Qarabağ klanını"nın üzvləri, Köçəryan tərəfdarlarıdır. Onlar Paşinyanın əleyhinə çalışırlar".
Baqdasaryanın şok effekti verən açıqlamasına görə, 44 günlük müharibədə erməni əsgərlərinin 40 faizinin ölüm əmrini məhz "Qarabağ klanı" verib.
"... Köçəryan tərəfdarları planlaşdırmışdılar ki, Ermənistana nə qədər çox tabut gedərsə, Paşinyanı daha rahat hakimiyyətdən devirəcəklər...
Cəbrayıl ətrafında yolu öncə minalayıb, sonra qəsdən əmr veriblər ki, erməni əsgərlər həmin yolla getsinlər, hamısı da minaya düşüb ölüblər...
Təkcə Madagizdə 250 erməni əsgərini öldürüblər. Əvvəl əmr veriblər ki, geri çəkilin, digər tərəfdən də başqa komandaya da həmin koordinatları verib bombaladıblar hamısını.
Kəlbəcərdə yaralı 26 erməni əsgərini xilas etmək mümkün idi, amma Qarabağ klanı onlara yardımdam intina edib, bəhanə gətiriblər ki, maşın yoxdur. Hamısı da qan itirmədən ölüb...
Ermənistan Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Artur Hovannisyan efirdə etiraf etdi ki, Azərbaycan ordusu Hadruta hücum edəndə Qarabağ klanının silahlı birləşmələri erməni evlərini kütləvi talan ediblər...
Ümumilikdə 1600 erməni əsgəri Qarabağ klanının silahlı qruplaşması tərəfindən bu şəkildə öldürülüb... "
"TÜRKİYƏ KURORTLARINDA KEF EDİB MÜHARİBƏDƏN DƏM VURULAR..."
Köçəryan tərəfdarlarını Ermənistanı və Qarabağı talayıb, Rusiyada böyük bizneslər qurub, xalqına arxa çevirməkdə ittiham edən erməni blogger onların müharibə çağırışlarını sərsəmlik adlandırıb.
"Siz qaraçılar, fərrarilər, fahişə balalarısınız... Hər il Rusiyada yaşayan ermənilərin 40 faizi Türkiyə kurortlarında kef edir, Moskvada azərbaycanlıların restoranlarında yeyib-içirlər, amma sonra gəlib "müharibə istəyirik" deyirlər. Şəxsən mən Azərbaycanla müharibə istəmirəm... Bu müharibəni siz istəyirsiz, yenidən varlanmaq və erməni oğlanlarını öldürmək üçün...
Bəlkə Şuşa həbsxanasında Qarabağ klanının erməni əsgərlərinə necə işgəncə verməsindən danışasınız?.. Neçəsini işgəncə ilə öldürməyinizdən?... Necə valideynlərinə evlərini satdırıb, rüşvət almağınızdan?...
Hələ özünü "müqəddəs ata" adlandıran Parqev... (Qondarma "DQR"-in yepiskopu Parqev Martirosyanı nəzərdə tutur - red.) Sən necə dini lidersən ki, fərrarisən? Sən necə dini lidersən ki, 92-ci ildə Şuşada azərbaycanlıların evlərini ona-buna paylayırdın? Bəyəm bir müqəddəs ata azərbaycanlı anaların uşaq doğduğu. böyütdüyü doğma evlərini ona-buna öz ağlıyla peşkəş edər? Sən, ümumiyyətlə, niyə belə işlərlə məşğul idin?.."
Erməni blogger Paşinyana qarşı çıxan erməni kilsəsini də sərt tənqid edib. O, BBC-nin bir müddət əvvəl yayımladığı materiala istinadla bildirib ki, erməni keşişləri oğlan uşaqlarını zorlamaqla məşğul olur. "Qoy Moskvada oturanlar, Köçəryan tərəfdarları bu haqda danışsınlar...".
Çoxsaylı ittiham və açıqlamaların yer aldığı həmin videobloqun tam hissəsini təqdim edirik:
Paylaş:
Müəllif : Yazar
Tarix:30-11-2021, 13:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video