NATO Baş katibi Rusiya ilə toqquşmadan danışdı - Biz buna şad olacağıq

“NATO Rusiya ilə həm qarşıdurmaya, həm də qarşılıqlı fəaliyyətə hazırdır. Hər şey Moskvanın mövqeyindən asılıdır”.
Bunu NATO Baş katibi Yens Stoltenberq “El Mundo”ya müsahibəsində deyib.
“İnanıram ki, biz Rusiyaya aydın siqnal göndərməliyik: Onlar toqquşma istəsələr, biz buna hazırıq. Əgər əməkdaşlıq etmək istəsələr, biz buna şad olacağıq. NATO öz üzvlərini qorumağa hazırdır. Rusiya ilə dialoq gücə, möhkəmliyə söykənməlidir. Rusiya ilə də danışmalıyıq. Ehtiyatlı davranmaq və dialoq arasında heç bir ziddiyyət yoxdur. Moskva ilə münasibətlərimizin daha yaxşı ola biləcəyinə inanmasaq belə, dialoqa davam etməliyik, çünki vacib əlaqələri və münasibətləri davam etdirmək lazımdır. Silahlanma yarışından qaçmaq üçün silahlara nəzarəti düşünün. Onlar bizim qonşumuzdur, maraqları var, xüsusən sərhədlərdə toqquşmalardan qaçmaq lazımdır. Norveçli bir siyasətçi olaraq Rusiya ilə işləmək təcrübəm çoxdur və bunun mümkün olduğunu bilirəm”, - deyə Y. Stoltenberq vurğulayıb. (APA)
Paylaş:
Müəllif : Fuad
Tarix:16-02-2021, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-02-2021, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….