Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı fəaliyyətə başlayıb

Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı - “Varlıq” Fondu fəaliyyətə başlayıb. “Varlıq” Fondunun ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, yanvarın 10-da Almaniyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə yaradılan qurumun təsis yığıncağı baş tutub. Toplantı Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbirdə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir yumruq kimi birləşərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması naminə fədakar fəaliyyət göstərdikləri müsbət qiymətləndirilib. Qeyd edilib ki, "Varlıq" Fondu həmrəylik, yardımlaşma və paylaşma ənənələrinə sadiq qalaraq, yaxın gələcəkdə Avropa Birliyi ərazisində yaşayan soydaşlarımızı və ürəyi Azərbaycanla döyünən hər kəsi bir araya gətirən körpü rolunu oynayacaq. Fond şəhid və qazi ailələrinə yardımın təşkili ilə yanaşı Azərbaycan tarixi, musiqisi və mədəniyyətinin dünyaya tanıdılmasına, eləcə də elmin və təhsilin inkişafına dəstək göstərmək niyyətindədir.
Səsvermə nəticəsində Dr. Qurban Ələkbərov Fondun sədri, Nurlan Məmmədov və Cavidan Kərimli isə sədr müavinləri seçiliblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-01-2021, 12:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-01-2021, 12:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….