Ermənistanda hərbi vəziyyət rejimi daha da sərtləşdirildi

Ermənistanda Dağlıq Qarabağdakı hərbi əməliyyatlar səbəbindən sentyabrın 27-də tətbiq edilmiş hərbi vəziyyət rejimi, əlavə məhdudiyyətlər tətbiq edilərək, daha da sərtləşdirilib. Bu barədə hökumət saytında bildirilib.
Nazirlər Kabinetinin qərarına əsasən, Ermənistanın müdafiə qabiliyyətini şübhə altına alan verilişlər yayımlamaq olmaz. “Dövlət idarəçiliyi və yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxslərinin hərbi vəziyyətin və dövlət təhlükəsizliyinin qanuni rejiminin təmin olunması ilə bağlı fəaliyyətləri, o cümlədən çıxışlar və nəşrləri də daxil olmaqla, tənqid, təkzib edən, effektivliyə şübhə edən və ya hər hansı bir şəkildə dəyərdən salan proqramları yayımlamaları qadağandır”,-Nazirlər Kabinetinin qərarında deyilir.
Müəyyən edilmiş qaydalara riayət edilməsinə nəzarəti informasiyanın yayılmasının dayandırılması, çap avadanlığının, radio və audio yayım texnikasının, surətçıxarma aparatlarının müvəqqəti götürülməsi və ya və ya üzərinə həbs qərarı qoymaq səlahiyyətlərinə malik olan Ermənistan polisi həyata keçirəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-10-2020, 08:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:9-10-2020, 08:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 08:52
Dünən, 20:06
Dünən, 09:44
21-08-2025, 14:42

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT